ABŞ
Tramp İrana 48 saat vaxt verdi - “Cəhənnəm üzərlərinə çökməmiş...”
"İranın Hörmüz boğazını açmaq və ya ABŞ ilə sövdələşmə imzalamaq üçün 48 saat vaxtı qalıb".
Publika.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Yadda saxlayın, mən İrana sövdələşmə bağlamaq və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt vermişdim. Vaxt bitir — bütün cəhənnəm onların üzərinə çökməmişdən əvvəl 48 saat qalıb", - deyə o yazıb.
Aprelin 2-də Tramp bəyan etmişdi ki, yaxın iki-üç həftə ərzində Birləşmiş Ştatlar İrana güclü zərbələr endirəcək və ölkəni "daş dövrünə qaytaracaq".
Martın 30-da Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirmişdi ki, Tramp aprelin 6-na qədər İranla sövdələşmə bağlamaq istəyir. Həmçinin "Wall Street Journal" qəzeti yazıb ki, Tramp müşavirlərinə Hörmüz boğazı açılmadan da İrana qarşı əməliyyatı bitirməyə hazır olduğunu deyib.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
