Sosial
Doğmalarının imtina etdiyi 13 yaşlı qızla bağlı rəsmi açıqlama - YENİLƏNDİ
Nənəsi tərəfindən Gəncə şəhər 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına təhvil verilən 2013-cü il təvəllüdlü F.Səfərova hazırda tibbi müayinədən keçirilir.
Publika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.
O, qeyd edib ki, məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır.
"Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq. Əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır", - o deyib.
xxx
22:36
Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirilib.
Publika.az “Report”a istinadla xəbər verir ki, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib.
O, nəvəsinin uşaq evinə verilməsini istəyir.
Qeyd edək ki, F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpəliyindən nənəsinin himayəsi altında yaşayıb.
-
Magazin218:12Əməkdar artist vəfat etdi - FOTO
-
Region17:27İran səfirliyi Ermənistan sevgisini yenə gizlədə bilmədilər - FOTO
-
Maraq dünyası16:40Müqəddəs şəxsin kəlləsini oğurlayıb üzərinə beton tökdü - FOTO
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir

































.jpg)




