Şengen vizası bu gündən bahalaşdı
Bizi izləyin

Sosial

Şengen vizası bu gündən bahalaşdı

Şengen vizası iyunun 11-dən etibarən 12 faiz bahalaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Fly Away” Telegram kanalı məlumat yayıb.

Beləliklə, giriş sənədinin qiyməti böyüklər üçün 90 avro (164 manat 70 qəpik), 6 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün isə 45 avro (82 manat 35 qəpik) təşkil edəcək. 6 yaşdan kiçik ərizəçilər üçün viza rüsumu yoxdur.

Qeyd edək ki, dəyişikliklər may ayında məlum olub. Daha sonra Fransanın Rusiyadakı səfirliyi Şengen vizalarının verilməsi şərtlərinin hər bir dövlət tərəfindən ayrı-ayrılıqda deyil, Şengen Viza Məcəlləsi ilə müəyyən edildiyini və bu qaydaların vahid qaydada tətbiq edildiyini açıqlayıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm