Sosial
“Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi - Video
![](https://publika.az/storage/2024/06/11/30aa8b05-716c-39fe-bcb1-72594c41097f_850.jpg?v1722040402)
Azərbaycan Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksəkçinli zabitləri ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” birgə təlimi çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.
Yüksək səviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər.
Tədbirin sonunda general-polkovnik Zakir Həsənov “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçıları ilə görüşüb.
Müdafiə naziri peşəkar ordunun formalaşmasında Xüsusi Təyinatlı Qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə, təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İdman03:19
Ailəsi ilə istirahət edir: məkanı gizli saxlayır - FOTOLAR
-
Sağlamlıq02:18
Bu tərəvəz kişiləri prostat xərçəngindən qoruyur - Uroloqdan tövsiyə
-
Magazin101:48
Ebru Gündeşdən boşanma iddialarına CAVAB - FOTO
-
İdman01:20
Məşq edərkən maşın vurdu: Paris-2024-ü buraxacaq
-
Qoroskop00:42
Günün qoroskopu: gəlirləriniz arta bilər
-
Nida Xəbər 00:27
Sərdar Cəlaloğlu namizədliyini geri götürdü - Səbəbini belə izah etdi
-
Magazin100:12
"Ərim deyir ki, üçüncü uşaq olmasa, səni boşayacam" - Sevda Yahyayeva
-
İdman26 İyul 22:00
Azərbaycan nümayəndə heyəti paraddan keçdi - VİDEO