Sosial
Azər Maqsudova qarşı 400 minlik mülki iddia - Əmlaklarına həbs qoyulması istənildi
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məhkəmə qarşısına çıxarılıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda Maqsudovun anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.
Prosesdə sərbəst mühakimə edilən təqsirləndirilən şəxs tərəfindən hər hansı vəsatət verilməyib. Müdafiə tərəfi işin məhkəmə baxışına verilməsinə etiraz etməyib.
Mərhum A. Acaloğlunun hüquqi varisini təmsil edən vəkillər isə Maqsudova qarşı 400 min manatlıq mülki iddia qaldırıb, həmçinin qarşı tərəfin əmlaklarına həbs qoyulmasını istəyib.
Hakim Anar Rzayev mülki iddianı icraata qəbul edib. Əmlaklara həbs qoyulması ilə bağlı vəsatət isə rədd edilib.
Baxış iclası iyulun 4-nə təyin edilib.
Xatırladaq ki, hadisə ötən ilin noyabrında baş verib. Qəza Maqsudovun evə gedərkən Sabunçu rayonu ərazisində qeydə alınıb. Onun haqda istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirliyə yeni müavin təyin edildi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı






.jpg)
.jpg)


























.jpg)


