Sosial
Erməni məhsulları Bakı bazarında gizlicə satılır? - Bu adla gətirirlər...
Sosial şəbəkələrdə “8-ci kilometr bazarı”nda Ermənistan istehsalı olan “Lori” pendirinin satılması ilə bağlı iddialar diqqət çəkib.
Publika.az xəbər verir ki, satıcılardan biri paylaşım edərək, həmin məhsulun Gürcüstandan gətirildiyini bildirib.
Jurnalist İlhamə Nasir isə deyir ki, məhsulun üzərində nə Azərbaycan dilində məlumat var, nə də istehsalçı qeyd olunub:
“Məhsulun üzərində erməni dilində “Lori pendiri” yazılıb. Loru (Lori) mahalı Qərbi Azərbaycanın tarixi bölgələrindən biridir. Hazırda həmin ərazidə ermənilər yaşadığı üçün məhsulun istehsalçısının da erməni şirkəti olduğu ehtimal edilir. Əksər insanlar erməni və gürcü əlifbalarını bir-birindən ayırd edə bilmirlər. Düşünürəm ki, satıcı da məhz bundan istifadə edir. Məhsulun ölkəyə qanuni idxal proseduru ilə gətirilib-gətirilmədiyi müəyyənləşdirilməlidir”.
Baku TV-nin mövzu ilə bağlı paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar etiketsiz və mənşəyi bəlli olmayan qida məhsullarının satışına nəzarətin gücləndirilməsini tələb ediblər.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, fakt araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubddan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi























.jpg)














