Bir sıra seçki dairələrinin hüdudları dəyişdirildi
Bizi izləyin

Sosial

Bir sıra seçki dairələrinin hüdudları dəyişdirildi

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.

Publika.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzibati ərazilərində dəyişiklik edilib.

Dəyişiklikdən irəli gələrək 96, 97, 118, 119, 124 saylı seçki dairələrinin adında və hüdudlarında qismən dəyişiklik edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm