Rusiyanın daha bir bölgəsində niqaba QADAĞA QOYULDU
Bizi izləyin

MDB

Rusiyanın daha bir bölgəsində niqaba QADAĞA QOYULDU

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi bölgədə niqab taxmağı müvəqqəti olaraq qadağan etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, Qaraçay-Çərkəz Respublikasının müftisi və Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev bu məlumatı “İnterfaks”a təsdiqləyib.

“Qaraçay-Çərkəz Müsəlmanlarının Ruhani İdarəsi müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər Rusiyada müasir şəraitdə niqab taxmağı qadağan edir”, - deyə Berdiyev izah edib.

Bu qərar Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin Müftilər Şurasının hicab və niqabla bağlı qərarına əsasən qəbul edilib .

Şimali Qafqaz Müftiliyinin nümayəndələri niqabla bağlı mövqelərini ifadə edərək, İslam alimlərinin əksəriyyətinin ondan istifadənin istəyə bağlı olması fikrini dəstəkləyiblər.

Onlar həmçinin vurğulayıblar ki, niqab region üçün ənənəvi geyim forması deyil və ondan istifadə cəmiyyətdə parçalanmalara səbəb ola bilər. Odur ki, bütün müsəlmanlar İslam təlimlərinə uyğun olaraq xeyirxah işlər görməyə təşviq olunurlar.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm