Sosial
Zakir Həsənov Minskdə paradı izlədi - FOTO
![](https://publika.az/storage/2024/07/03/4d36e20c-9a5d-375f-8a94-1dfd1bf22386_850.jpg?v1720218604)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib.
Müdafiə Nazirliyindən Publika.az-a bildirilib ki, sonra nazir Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib.
Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub.
Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda hərbi əməkdaşlığın cari vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunub.
![](https://publika.az/storage/2024/07/03/fdd4c417-75b8-3816-88c2-712e9c29cd84.jpg)
![](https://publika.az/storage/2024/07/03/fbefd04b-3b45-3304-92ed-058c3ca74618.jpg)
![](https://publika.az/storage/2024/07/03/e8f3cb97-2612-3078-bd78-d445888a720f.jpg)
![](https://publika.az/storage/2024/07/03/1fdcb122-bced-3b5e-b274-4bfe40456cbc.jpg)
![](https://publika.az/storage/2024/07/03/7831382a-3635-3717-823b-5973f7e573a4.jpg)
![](https://publika.az/storage/2024/07/03/34265c33-307f-3266-bd43-738c391d69b6.jpg)
![](https://publika.az/storage/2024/07/03/2006419e-c869-37a1-92f0-03f194c1ccdb.jpg)
![](https://publika.az/storage/2024/07/03/fc8f0a69-2c9a-361c-b057-36815dc7bdd4.jpg)
![](https://publika.az/storage/2024/07/03/e8f3cb97-2612-3078-bd78-d445888a720f_(1).jpg)
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Region01:57
İranda Pezeşkian qalib gəlir
-
Region01:15
İranda ilk dəfə səslərin sayılması CANLI yayımlanır
-
Region00:50
İranda seçkilərin ikinci turunda səsvermə başa çatdı - YENİLƏNDİ
-
Region00:20
Türkiyə səmasında meteorit göründü - VİDEO
-
Qoroskop00:05
Günün qoroskopu: Reallaşmayan arzular və ya puç olan istəklər...
-
Nida Xəbər 5 İyul 23:25
Əliyev Ərdoğana “Orada da olacaq...” demişdi - Bu gün reallaşdı - VİDEO
-
İdman5 İyul 22:42
AVRO-2024: İspaniya ilk yarımfinalçı oldu - VİDEO
-
Nida Xəbər 5 İyul 22:23
Orban Azərbaycana gəldi - FOTOLAR