Sosial
Kürdə batan şəxslərin axtarışları davam etdirilir - Video
![](https://publika.az/storage/2022/07/19/batdi.jpg?v1720441038)
Xəbər verildiyi kimi, 2 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 3 nəfərin olduğu avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, həmçinin Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.
Aparılan intensiv axtarışların nəticəsi olaraq, 9 iyun 2024-cü il tarixində batan 3 nəfərdən birinin – 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlunun meyiti dalğıclar tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər iki nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən müddət ərzində müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraitinə baxmayaraq fasiləsiz olaraq həyata keçirilib.
Son həftələr ərzində yağan intensiv yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi və axının sürətinin xeyli artması, sualtı görüntü məhdudiyyəti nəzərə alınaraq, batdığı ehtimal olunan şəxslərin axtarışlarına SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunmaqla axtarış işləri birgə davam etdirilir.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
Dünya16:12
Volodin bu ölkələri hədələdi: "Sizi də Fransanın aqbiəti gözləyir"
-
Sosial16:00
Pensiya alanların nəzərinə!
-
Nida Xəbər 15:20
Suraxanının yeni icra başçısı: keçmiş polis rəisi və deputat - DOSYE
-
Rəsmi xronika14:04
Prezident bu qanuna dəyişiklik etdi
-
Dünya13:37
Çindən gözlənilməz Türkiyə qərarı: hazırlıqlar başladı
-
Dünya12:35
Orbanın ittifaqı bütün qitəyə yayılır: bu ölkələr də alyansa qoşuldu
-
Rəsmi xronika11:50
İlham Əliyev daha bir fərman imzaladı
-
Nida Xəbər 11:15
Məşhur generalın vitse-spiker qardaşı başçı təyin olunur