Rinoloqların II Beynəlxalq Konqresi keçirildi - FOTO
Bizi izləyin

Sosial

Rinoloqların II Beynəlxalq Konqresi keçirildi - FOTO

Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib.

Publika.az xəbər verir ki, “Rinologiyanın inkişafına dəstək” və “Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi konqresin elmi proqramı Rinologiyanın müxtəlif problemlərinə həsr olunub.

Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir.

Konqresdə dünyaca məşhur Professor Eren Taştan ilk dəfə Azərbaycanda Rinoplastika fəlsəfəsi və canli cərrahiyyə kursu keçib. Kurs zamanı rinoplastika, endoskopik sinus cərrahiyyəsi, buruna dolğu botoks prosedurlarının icrası, fəsadlaşmalar, bunun həlli yollarından danışılıb.

Azərbaycanın təcrübəli həkimləri, eləcə də Türkiyənin məhşur universitet və klinikalarının professor-müəllim heyətinin qatıldığı konqresdə cərrahlar və mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşüblər.

Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı iştirakçılar qarşısında burunda təhlükəli zonalar, dolğu botoks fəsadlaşmaları və s. məqamları əhatə edən master-klass keçib.

Qeyd edək ki, konqres Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm