Vasif Talıbovdan gözlənilməz addım - Bunu niyə etdi?
Bizi izləyin

Sosial

Vasif Talıbovdan gözlənilməz addım - Bunu niyə etdi?

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbov vaxtaşırı mediada gündəmə gəlir. Xüsusilə vəzifədən getdikdən sonra kütləvi informasiya vasitələrində sabiq sədr haqda müxtəlif məlumatlar dərc olunur.

30 ilə yaxın hakimiyyətdə olmuş bir şəxsin bu şəkildə gündəmə gətirilməsi, onun peşəkar mediaya və sosial şəbəkəyə həddən artıq qapalı olması ilə bağlıdır. Bu dəfə isə V.Talıbov fərqli müstəvidə gündəmə gəlib.

Publika.az xəbər verir ki, o, "Facebook" sosial şəbəkəsində özü səhifə yaradıb.

Sabiq sədr Vasif Talıbov adı ilə bu şəbəkədə təmsil olunur. Diqqətçəkən məqamdır ki, V.Talıbov hər zaman mətbuata qapalı olub. Sadəcə rəsmi tədbirlərdə bir neçə kəlmə dövlət televiziyasına açıqlama verib. Onun sosial şəbəkələrə heç vaxt marağı olmayıb.

Sözügedən profilin onun adından saxta formada açılma ehtimalı da var. Lakin istənilən halda Azərbaycanın dövlət adamlarının, məşhur siyasətçilərin son illər sosial şəbəkələrdə təmsil olunması V.Talıbovu da bu addımı atmağa vadar edə bilər. (Globalinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm