Sosial
Zakir Həsənov “ADEX-2024” sərgisində xarici ölkələrin məhsulları ilə tanış oldu - VİDEO/YENİLƏNDİ
.jpg?v1758566339)
Sentyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən stendlərlə tanış olub.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən bildirilib.
Dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlərin iştirak etdiyi sərgidə təqdim edilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı müdafiə nazirinə ətraflı məlumat verilib.
Sərgi çərçivəsində, həmçinin general-polkovnik Z.Həsənov Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.
Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarından danışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
***
Azərbaycanın müdafiə nazir Zakir Həsənov “ADEX-2024” sərgisində təmsil olunan xarici ölkələrin məhsulları ilə tanış olub.
Publika.az xəbər verir ki, nazir sərgidə təmsil olunan xarici ölkələrin şirkətlərinin stendlərinə baxış keçirib.
Şirkət rəsmləri tərəfindən məhsullar barədə nazirə məlumat verilib.



-
Ekologiya22:28
Azərbaycana payız gəldi
-
Rəsmi xronika22:14
İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
-
MDB21:51
PUA hücumu: Moskva səması qapadıldı? - YENİLƏNDİ
-
Sosial21:15
Bakının məşhur bazarında söküntü başladı - VİDEO
-
Sosial19:50
Qaraxanbəyli kəndi belə görünəcək - FOTOLAR
-
Ekopublika.az19:40
Emin Ağalarov 5 il ərzində “Sea Breeze”də görüləcək işlərdən DANIŞDI
-
Nida Xəbər 19:10
Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır - DTX rəisi
-
İdman19:00
Həyat yoldaşı Runiyə belə sataşdı - FOTO