Sosial
Şəhid övladları Palçıq Vulkanları Turizm Kompleksini ziyarət etdi - FOTO
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə 28 sentyabr tarixində Vətən uğrunda canlarında keçən qəhrəman şəhidlərimizin övladlarının Qobustanda yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyası təşkil olunub.
Publika.az xəbər verir ki, məktəbli şəhid övladlarının iştirak etdiyi bu ekskursiya zamanı iştirakçılara bələdçilər tərəfindən ölkəmizdəki palçıq vulkanları barədə ətraflı məlumat verilib. Daha sonra iştirakçılar kompleks ərazisində yerləşən "Təbiət tarixi" sərgi zalında nümayiş etdirilən Azərbaycan və dünya faunasına aid olan heyvan skeletləri və tarixi eksponatlarla tanış olublar.
Günün davamında ekskursiya iştirakçıları üçün rəngkarlıq, dulusçuluq və boyama incəsənət sahələri üzrə master-klaslar təşkil olunub. Öz əl işlərini yaratmaq şansı əldə etdikləri bu fəaliyyətlər məktəbli ekskursiya iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Ekskursiyanın sonunda iştirakçılara hədiyyələr təqdim olunub.
-
Sosial12:55
Aeroport yolunda gözlənilən yenilik
-
Qoroskop11:48
2 bürc varlanacaq, 3 bürc işini itirəcək, 4 bürc... - Məşhur astroloqdan həftənin proqnozu
-
Region10:48
Məşhur azərbaycanlı iş adamı Rusiya vətəndaşlığından çıxarıldı: Deportasiya edilir - FOTO
-
Cənubi Qafqaz10:35
Gürcüstan Moskvaya meydan oxuyur: Qoşunlarını bu ərazidən çıxart!
-
Yaxın Şərq10:16
İsrail kəşfiyyatı “Hizbullah”ın daxilinə necə nüfuz edib? - Təfərrüatlar açıqlandı
-
Yaxın Şərq09:52
Netanyahu bəyan etdi: İsrail güc balansını dəyişir, yeni ittifaqlar yaranacaq
-
İqtisadi gündəm08:20
Böhran yaxınlaşır: qazanmaq üçün pulu bura yatırım edin - İqtisadçı
-
Region06:49
Fulya Öztürkə Livanda hücum etdilər: yoxa çıxdı - VİDEO