Sosial
Bakıda hotelin qida blokunda nöqsanlar aşkarlandı - RƏHBƏRLİYİ CƏZALANDIRILDI
Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arzumanov Valeh Cahangir oğluna məxsus “Rigs” otelinin qida blokunda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Publika.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, qida blokunda temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması üçün ayrıca sahələrin təşkil edilmədiyi, mətbəxdə tavanın tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, qida blokunda işlərin görülməsi (xidmətlərin göstərilməsi) dayandırılıb.
-
Qoroskop09:18
Bu bürclər fevral ayında VARLANACAQLAR: elə bir yerdən pul gələcək ki...
-
Dünya09:00
Qızının gözü qarşısında qadını TİMSAH PARÇALADI -
-
Səhiyyə07:30
Çindən gələn yeni virusun təhlükələri AÇIQLANDI
-
Magazin105:15
Tolik MTV-dən görün hansı kanala gedib - "Böyük tarixçəsi olan..."
-
ABŞ04:14
Los-Ancelesdəki yanğından xilas edilən nəhəng tısbağa - VİDEO
-
ABŞ03:13
Bayden Cimmi Karterlə vidalaşarkən yuxuya getdi
-
Sosial02:44
Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO
-
Dünya00:30
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı - ANBAAN VİDEO