Dünya
Trampın xəritə üzərində ABŞ-a birləşdirdiyi ölkədən sərt reaksiya: zərər görəcəklər
Kanadanın baş naziri Castin Trüdo Donald Trampın Kanadanın ABŞ-ın 51-ci ştatı olması barədə açıqlamalarına, eyni zamanda ölkənin xəritə üzərində ABŞ-a birləşdirilməsinə reaksiya verib.
Publika.az xəbər verir ki, Trüdo Trampa cavab olaraq belə bir şeyin qəti şəkildə olmayacağını bildirib.
O, iki ölkə arasındakı əsl problemin gömrük rüsumları ilə bağlı qaydalar olduğunu qeyd edib.
Trüdo ABŞ-ın Kanada iqtisadiyyatına zərər verə biləcək bir güc olduğunu, lakin Kanada məhsullarına əlavə tariflər tətbiq olunarsa, Amerika istehlakçılarının da zərər görəcəyini bəyan edib:
"Kanadalılar kanadalı olduqları üçün çox qürur duyurlar. Özümüzü müəyyən etməyimizin ən asan yollarından biri amerikalı olmamağımızdır. ABŞ prezidentinin Kanada iqtisadiyyatına zərər vurmaq üçün etdiyi hər şey Amerika istehlakçılarına da zərər verəcək. Əgər birlikdə işləsək, əminəm ki, biz daha yaxşısını edə bilərik”.
Roza
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?


















.jpg)




.png)











