Dünya
ABŞ-ın Qrenlandiyada nə etdiyi bəlli oldu - Rusiya açıqladı
Amerika Birləşmiş Ştatları Qrenlandiyada nüvə silahı daşıya bilən F-35 qırıcıları üçün aerodrom infrastrukturu yaradır.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin “RİA Novosti” ilə söhbətində bildirib.
Onun sözlərinə görə, adada yerləşən Pituffik hərbi kosmik bazası hazırda Arktika istiqamətindən raket hücumu üçün Amerikanın erkən xəbərdarlıq sisteminin bir hissəsidir.
“ABŞ bu hərbi bazanın hərtərəfli modernləşdirilməsini həyata keçirir. Digər şeylərlə yanaşı, orada nüvə silahı daşıya bilən F-35 qırıcıları üçün aerodrom infrastrukturu yaradılır”, - Barbin qeyd edib.
O aydınlaşdırıb ki, belə qırıcılar ABŞ Hərbi Hava Qüvvələrinin təlimləri zamanı artıq bu bazanın aerodromundan istifadə ediblər. Səfir əlavə edib ki, Amerika qoşunları İkinci Dünya Müharibəsindən bəri Qrenlandiyadadır.
Tural
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)





















.jpg)
.jpg)