Sosial
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirildi - FOTO
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə hər olunan silsilə konsertlər keçirilib.
Publika.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində də bayram konserti təşkil olunub.
Konserti izləyən arasında mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, rəsmilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Konsertdən öncə akademik Rafael Hüseynov çıxış edərək tariximizin parlaq səhifələrindən olan 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizin əhəmiyyətindən danışıb.
Sonra söz musiqiyə verilib. Bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimovun idarəçiliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və solist Əməkdar artist Ramil Qasımov çıxış edib.
Proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası (librettosu akademik Rafael Hüseynova məxsusdur), O.Zülfüqarovun “Şənlən, mənim xalqım!”, Y.N.Şəfəqin “Zəfər valsı”, S.Rəhimovanın “Zəfər nidası” simfonik poeması, Niyazinin “Türk marşı” və C.Quliyevin “Əsgər marşı” əsərləri səsləndirilib.
Bütün musiqi nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.





-
ABŞ29 Dekabr 21:45Milyonlarla insan "bomba siklonu"na hazırlaşır
-
Magazin229 Dekabr 21:31Beyons milyarder oldu
-
Hadisə29 Dekabr 20:40İşdən çıxarılan icra başçısı özəl şirkətlərdən pul yığırmış - 100-200 min manat
-
İdman29 Dekabr 20:28Coşuanın düşdüyü dəhşətli qəzanın təfərrüatı: Yanında oturan dərhal ölüb - VİDEO
-
Nəqliyyat29 Dekabr 19:45Taksilərlə bağlı RƏSMİ AÇIQLAMA - Yanvardan etibarən...
-
Ekologiya29 Dekabr 18:25Əhaliyə XƏBƏRDARLIQ: Dekabrın son iki günündə...
-
Rəsmi xronika29 Dekabr 17:39Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
İdman29 Dekabr 17:36Qurban Qurbanovun oğlunun toyunda görün kimlər iştirak edib: General və nazirlər - YENİ FOTOLAR
































.jpg)







