Sosial
"Kartdan karta" üsulu ilə işləyən daha 200 sahibkar cəzalandırıldı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 200 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Publika.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Son günlər Bakıda keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.
-
Hadisə02:00Azərbaycanda yataqxanada yanğın oldu - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Həqiqətləri gizlətmək mümkün olmayacaq
-
Sosial2 Yanvar 22:42DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
-
Hadisə2 Yanvar 20:42Şamaxıda PARTLAYIŞ oldu: xəsarət alan var - VİDEO
-
Sosial2 Yanvar 19:37Saxta kredit və kampaniya təklifləri ilə bağlı XƏBƏRDARLIQ
-
Magazin12 Yanvar 18:48Nəsrindən Yeni il fotosessiyası
-
Hadisə2 Yanvar 18:36Bakıda doqquzmərtəbəli binada YANĞIN: Tüstüdən zəhərlənən var
-
Sosial2 Yanvar 16:15Minlərlə insan bayram günü buna görə qazsız qalıb



























.jpg)






