Sosial
Bəzi ərazilərdə yağış yağacaq - PROQNOZ
Azərbaycanda noyabrın 29-u hava şəraitinin arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə leysan olacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
-
İdman06:46“Barselona”nın futbolçusu ilə bağlı qərar verildi: Geri qayıdacaq
-
Magazin103:13“Yaxınlaşıb dedi ki, ərim səni sevir”
-
Dünya02:42100 tonluq “yağ dağı” tapıldı - Görün necə əmələ gəlib
-
Nida Xəbər 00:49Alyona Əliyeva İlham Əliyevi belə təbrik etdi - FOTO
-
Nida Xəbər 00:43Leyla Əliyeva: "Əziz ata, ad günün mübarək" - FOTO
-
Region00:35General hərbçilərlə birlikdə həlak oldu - Baş nazir TƏSDİQLƏDİ
-
Qoroskop00:20Günün ULDUZ FALI - Köhnə xatirələr canlana bilər
-
Magazin123 Dekabr 23:00"Gecə 3-də oxumağa gedərəm, hamısı "ev qızı, gəlini" olub"


























