Avropa
"Xəyal gəmisi"nin SİRRİ AÇILDI - FOTO
İngiltərənin Devon qraflığının sahilində sirli, parlaq-qırmızı rəngli, tamamilə ekipajsız kiçik bir gəmi aşkar olunub.
Publika.az xəbər verir ki, mütəxəssislərin müəyyən etdiyinə görə, bu tapıntı dənizdə sahibsiz şəkildə sürüklənən xilasetmə botu imiş.
Bu üzən vasitə 21 dekabrda Sidmut şəhəri yaxınlığında tapılıb. Hadisə yerinə gələn xilasedicilər onun iri dəniz gəmilərində fövqəladə hallar üçün istifadə olunan standart avadanlıq olduğunu tez bir zamanda müəyyən ediblər. Maraqlıdır ki, həmin ərazidə heç bir həyəcan siqnalı və ya gəmi itməsi barədə məlumat daxil olmayıb.
Araşdırma zamanı məlum olub ki, bot 16 dekabrda Mərakeşdən Belçikaya reys edən yük gəmisinə məxsusdur. Konteyner gəmisinin bu üzən vasitəni hansı şəraitdə itirdiyi hələ də aydın deyil.
Sahil mühafizəçiləri botdan siqnal raketlərini və potensial təhlükə yaradan digər əşyaları götürüblər.
Hazırda tapıntı Devon qraflığında saxlanılır və qanuni sahibinə qaytarılmasını gözləyir.
Hüseyn İbadlı
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO







































