Sosial
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar
Sərfəli xidmətləri ilə seçilən mobil operator “Nar” və Milli İnternet Mükafatı “Netty” 2025-ci ildə müxtəlif sahələr üzrə həyata keçirilən ən uğurlu rəqəmsal layihələri mükafatlandırdı.
Bu ilki “Netty” müsabiqəsində 9 nominasiya üzrə 200-dən çox layihə təqdim edilib. Elm, təhsil, mədəniyyət, inklüzivlik, media və s. kimi sahələri əhatə edən nominasiyalar üzrə ümumilikdə 22 qalib mükafata layiq görülüb. Müsabiqə qaydalarına uyğun olaraq, qaliblər onlayn səsvermə və ekspertlərin seçimləri əsasında müəyyənləşib.
“Nar”ın korporativ ünsiyyət və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Hökümə Kərimova “Netty” mükafatı ilə uzunmüddətli tərəfdaşlığın əsasında internetin Azərbaycan seqmentini istifadəçilər üçün daha faydalı məkana çevirmək niyyəti dayandığını bildirib: “Nar olaraq, məqsədimiz ölkədə rəqəmsal savadlılığı artırmaq və daha inklüziv cəmiyyətin yaranmasına dəstək olmaqdır. Biz rəqəmsal savadlılığı sadəcə texnologiya deyil, insanların həyatını asanlaşdıran, imkanlarını genişləndirən bir vasitə kimi görürük.”
Qeyd edək ki, “Netty” Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. 2018-ci ildən etibarən isə müsabiqə “Nar”ın dəstəyilə həyata keçirilir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu















.jpg)

.jpg)





.jpg)


















