Region
General hərbçilərlə birlikdə həlak oldu - Baş nazir TƏSDİQLƏDİ
"Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad və onu müşayiət edən şəxslər Ankaradan havaya qalxdıqdan sonra baş verən təyyarə qəzasında həlak olublar".
Publika.az xəbər verir ki, bu barədə Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeybanın yaydığı bəyanatda deyilir.
"Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd Əli Əhməd əl-Həddad və onu müşayiət edənlərin ölüm xəbərini aldıq", - Dbeyba rəsmi açıqlamada bildirib.
O qeyd edib ki, təyyarədə ümumilikdə beş nəfər olub .
NTV-nin məlumatına görə, qəzaya ilkin olaraq texniki nasazlıq səbəb olub. IHA xəbər agentliyi Haymana ərazisində güclü partlayış baş verdiyini bildirib.
NTV televiziya kanalı Liviya Baş Qərargah rəisini daşıyan təyyarənin radarda itməsi barədə məlumat verib. Kanalın məlumatına görə, təyyarə ilə əlaqə havaya qalxdıqdan qısa müddət sonra kəsilib. Türkiyə paytaxtı üzərindəki hava məkanı uçuşlar üçün bağlanıb.
Qeyd edək ki, Ankara-Tripoli reysi ilə uçan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər olub. Artıq təyyarənin qalıqları aşkar edilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Ankaradakı Esenboğa hava limanından Tripoliyə uçan təyyarənin qalıqları jandarma bölmələri tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda tapılıb.
Hüseyn İbadlı
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu












.webp)

.jpg)






















