Sosial
Azərbaycanda asbestin istifadəsi qadağan edilir
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək.
Publika.az xəbər verir ki, bununla bağlı "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik təklif edilib.
Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən dəyişiklik layihəsində qeyd olunub ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycana 2023-cü ildə 591 ton asbest və 30 min 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 min 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.
Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.
Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin nməhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.
Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla, qanun layihəsinə əsasən asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.
Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
-
Dünya19:36DƏHŞƏTLİ QƏTL: Sevgi etirafı edən qadının BAŞINI KƏSDİ
-
Nida Xəbər 18:12Ağdamda yeni hotel istifadəyə verildi - FOTO
-
Nida Xəbər 17:14Elşad Abdullayevə hökm oxundu
-
Sosial16:32Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi - Axtarışa verilənlər var
-
Rəsmi xronika15:48İlham Əliyev Xocalıya getdi
-
Dünya15:17Lüks mühacirət: Bəşər Əsəd Moskvadakı dəbli restoranda göründü
-
Region14:58Proqnozlar alt-üst olur: Türkiyədə illik inflyasiya arta bilər
-
Sosial14:03Müavinət, təqaüd və ünvanlı yardım alanlara ŞAD XƏBƏR: Həftənin sonuna kimi...














.png)
.png)











