Sosial
Bəzi ərazilərə leysan yağacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə Quba-Qusar zonasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
-
ABŞ13:50
“Dərin dövlət”ə güclü zərbə olacaq: Tramp bu sənədləri yayarsa
-
Sosial13:15
Bu rayonda 3 gün su olmayacaq
-
Sosial12:05
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu - FOTO
-
Sosial11:25
Köhnə binaların aqibəti necə olacaq? - Eldar Əzizov açıqladı
-
Sosial10:50
Bakıda yumurta qəhətə çəkildi - Kəskin bahalaşacaq
-
MDB10:30
Rusiyada bu azərbaycanlıların sürücülük vəsiqəsi etibarsız sayılacaq
-
Nida.az09:08
Rusiya təyyarəsi Bakıda məcburi eniş etdi
-
Dünya08:36
FİLM KİMİ OLAY: Ev pişiyi sahibini işindən məhrum etdi