Sosial
FHN-in birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçiriləcək
Dekabrın 14-də “Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək.
Publika.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə təşkil olunacaq.
Tədbirin keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, bu sahədə tətbiq edilən müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsidir.
Zirvədə 15-dək spiker və moderatorun çıxışı, 400-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamlarının iştirakı nəzərdə tutulub.
Tədbir barədə daha ətraflı məlumatla və iştirak qaydaları ilə Sənaye Təhlükəsizliyi Zirvəsinin rəsmi internet səhifəsinə keçid etməklə tanış olmaq mümkündür: https:/stz.az.
-
Magazin218:50Ancelina Coliyə ağır itki üz verdi - FOTO
-
Hadisə18:41Ağdamda minaya düşən şəxsdən xəbər var - Yeniləndi
-
Sağlamlıq18:00Yazda yorğunluğun gizli səbəbi: Günəş var, enerji yoxdur - Çıxış yolu nədir?
-
Nida Xəbər 16:35Əraqçi Azərbaycana təşəkkür etdi
-
Yaxın Şərq15:57İsrail Azərbaycan və Türkiyədəki vətəndaşlarına müraciət etdi: Ehtiyatlı olun
-
Dünya15:12BMT-də vacib səsvermə: Azərbaycan "hə” dedi – Görün hansı ölkələr əleyhinə çıxdı
-
Dünya13:20Bu Afrika ölkəsi İsrail tərəfindən İranla müharibəyə qoşulur: Bezmişik
-
İdman13:00Dünyanın ən gözəl qadın futbolçusundan ayrıldı, yeni sevgili tapdı: Görün kimin qızıdır - FOTOLAR


























.jpg)







