Nida Xəbər
"Ölkələrimiz bütün taleyüklü məsələlərdə bir-birinə arxalanır" - Çavuşoğlu
Dekabrın 4-də Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov ölkəmizdə səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, Ramid Namazov Mövlud Çavuşoğlunun Türkiyənin xarici işlər naziri kimi və AŞPA-da fəaliyyət dövrü də daxil olmaqla həmişə Azərbaycana xüsusi rəğbəti ilə seçildiyini və bunun qarşılıqlı olduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, parlament nümayəndə heyətlərimiz beynəlxalq təşkilatlarda həmişə uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz xoş günlərdə də, dar günlərdə də daim bir-birinə dəstək olur, bütün taleyüklü məsələlərdə bir-birinə arxalanır.
Mövlud Çavuşoğlu Azərbaycanda parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, ötən parlament seçkiləri Azərbaycanın bütün suveren ərazisində keçirilmiş ilk parlament seçkiləri kimi mühüm əhəmiyyətə malikdir.
Söhbət zamanı NATO PA çərçivəsində əməkdaşlıq, gələcək planlar və görüləcək işlər, parlamentlərarası əlaqələrin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılıb. Hər iki ölkənin nümayəndə heyətlərinin NATO PA-da bundan sonra da uğurla əməkdaşlıq edəcəyinə, qarşıya çıxan məsələlərin birlikdə öz həllini tapacağına inam ifadə olunub.
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi










.jpg)






















.jpg)
.jpg)
