Hadisə
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? - YENİLƏNDİ
Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.
Metropolitendən Publika.az-a verilən məlumata görə, yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.
Hazırda "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.
Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.
***
Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 May” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
Metropolitendən Publika.az-a verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.
Qatara texniki baxış keçiriləcək.
-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video
-
Dünya08:24Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi













.jpg)








.jpg)











