Qoroskop
Zirəddinin gələn il üçün Azərbaycanla bağlı PROQNOZU
Son vaxtlar bəzi ekstrasenslər 2025-ci illə bağlı bədbin açıqlamalar verirlər. Bu isə ictimaiyyətdə narahatlığa səbəb olur. Belə ki, bəziləri 2025-ci ilin Azərbaycan üçün uğursuz olacağını iddia edirlər.
Publika.az bildirir ki, Globalinfo.az-a danışan tanınmış ekstrasens Zirəddin Rzayevin sözlərinə görə, 2025-ci il yeni ideyalar ilidir.
O deyib ki, növbəti il təkcə xoş hadisələrlə deyil, həm də yeni müharibənin qığılcımları ilə yadda qalacaq:
"Bəzi xarici qüvvələr Azərbaycanda gərginlik yaratmağa çalışacaqlar, lakin bu baş tutmayacaq.
ABŞ, Fransa və Almaniya kimi dövlətlərin Ermənistana hərbi və texniki dəstək göstərməsi ürəkaçan deyil. Sanki ABŞ Ukraynada olduğu kimi Cənubi Qafqazı da müharibə meydanına çevirmək arzusundadır. İlin ortaları, ələlxüsus da aprel-may aylarında Azərbaycan-Ermənistan münasibətləri müəyyən qədər gərginləşə bilər. Amma bu, böyük savaşlarla nəticələnməməlidir".
Z.Rzayev sülh müqaviləsi haqda da fikir bildirib:
"Bu il sülh müqaviləsinin imzalanması ehtimalı azdır. Ancaq buna baxmayaraq yeni danışıqlar və təkliflər olacaq. 2026-ci ildə sülh müqaviləsinin imzalanması real görünür".
Ekstrasens Azərbaycanda təbii fəlakətlərin baş verə biləcəyini açıqlayıb:
"Təbiət hadisələrinə gəldikdə isə 2025-ci il Azərbaycan üçün su daşqınları və qasırğalarla yadda qalacaq. Bu il Xəzər dənizi özünü qeyri-adi aparacaq. Eyni zamanda palçıq vulkanı aktivləşməsi də müşahidə oluna bilər. Dağlıq bölgələrdə və cənubda təbii fəlakətlərin aktivləşməsi ehtimalı var".
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika25 Noyabr 15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika25 Noyabr 14:02Prezident fərman imzaladı











.jpg)
























