Sosial
FHN Salyanda seminar-müşavirə keçirdi
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Salyan şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.
Tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Muğan Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Orxan Bağırov, Agentliyin məsul əməkdaşları və Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısı tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına olan xüsusi diqqət və qayğıdan danışıb. Natiq çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək bu sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Analitik informasiya, texniki-normativ sənədlərin işlənməsi və patent şöbəsinin müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, eləcə də sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.
-
İqtisadi gündəm12:09Emin Ağalarov: "İnanıram ki, uğur qazanacağıq!"
-
İqtisadi gündəm10:50Prezident: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Nida Xəbər 10:29Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
İqtisadi gündəm10:2530 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində
-
Nida Xəbər 10:11Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır
-
İqtisadi gündəm09:50İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Nida Xəbər 09:44Prezident: Azərbaycan azsaylı ölkələrdəndir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Hadisə08:19Bakıda vulkan püskürdü - Video









.jpg)

.jpg)













.jpg)












