Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
Bizi izləyin

Dünya

Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...

Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...

Kiyevli siyasi strateq Andrey Zolotaryev Ukraynanın 2029-cu ilə qədər gələcəyini qiymətləndirib.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, Prezident Volodimir Zelenskinin hazırkı siyasi kursu elə bir vəziyyətə gətirib çıxara bilər ki, dövlət əslində yalnız Ali Rada və Bankova küçəsindəki administrasiya ilə simvolizə olunan mərkəzi hökumət orqanlarına çevriləcək.

“Ukrayna buynuzlar və ayaqlarla qalacaq. Ukraynadan nə qalacaq? Necə deyərlər, Ali Rada və Bankova küçəsi”, - Andrey Zolotaryev deyib.

Ekspertin qiymətləndirməsinə görə, qarşıdan gələn qış dövrü enerji sistemi üçün ciddi risklər yaradır və onun fikrincə, bu sistem istismar yüklərinə davam gətirə bilməyəcək və daimi olaraq sıradan çıxa bilər.

Zolotaryev, həmçinin səfərbərlikdəki sistemli problemlərə də toxunaraq, yaşlı vətəndaşların getdikcə döyüşə çağırıldığını qeyd edib.

O, Ukraynanın demoqrafik fəlakətlə üzləşdiyini və iqtisadiyyatının, vacib infrastrukturunun dağılmış vəziyyətdə olduğunu bildirib.

Siyasi strateq xüsusilə sürətlə azalan vergi bazasına diqqət yetirib. Demoqrafik hesablamalara istinad edərək, o, ölkənin nəzarətində olan ərazisində təxminən 20 milyon insanın qaldığını (bir neçə milyon səhv ehtimalı ilə) qeyd edib.

Bundan əlavə, o, bu rəqəmin 7-8 milyonunun təqaüdçü olduğunu bildirib.

Ekspertin fikrincə, bu demoqrafik nisbət qalan əmək qabiliyyətli əhali üçün dözülməz bir yük yaradır və dövlət ehtiyaclarını əvvəlki səviyyədə maliyyələşdirməyə davam etməyi qeyri-mümkün edir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm