Sosial
Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır
Bakı məhkəməsində Gürcüstan vətəndaşı Natiq Qasımovun Almaniyaya ekstradisiya olunması barədə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovin sədrliyi ilə keçirilən prosesdə Natiq Qasımovun Almaniyaya ekstradisiya olunması barədə sənədlər araşdırılıb.
Natiq Qasımov bildirib ki, Polşada əvvəl işləyib, sonradan Macarıstan gəlib: "Macarıstanda məni aldatdılar, dedilər ki, 4 nəfəri Almaniyaya apar, səni maşınla təmin edəcəyik. Həmin 4 nəfər Türkiyə vətəndaşı idi. Onların qanunsuz keçməməsini bilməmişəm. Mənə orada özləri dedilər. Mənə konum verdilər. Mənə verilən 5 konum vermişdilər. 3, 4-cü konularda sərnişinləri düşürdüm. 5-konuma gələndə məni tutdular. Məni bir gün. Saxladılar, səhəri gün sərbəst buraxdılar. Məni polislər qatara mindirdilər, yola saldılar. Məni hakim buraxdı. Demişdim ki, mən kuryer kimi adam gətirmişəm. Mən Almaniyanı tərk etdim. Polşaya gəldim. Sonradan bilmişəm ki, Almaniyada barəmdə cinayət işi açılıb". Natiq Qasımov bildirib ki, hazırda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, Azərbaycanda daimi qeydiyyatda olmayıb, amma qohumları var. Dövlət ittihamçısının "Almaniyaya ekstradisiya olunmaq istəyirsən" sualına təqsirləndirilən şəxs cavab verməyib. Deyib ki, bununla bağlı qohumları ilə məsləhətləşmək istəyir. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində həbs qəti imkan tədbirin ekstradisiya edilməsi məsələsinə baxılana kimi uzadılması barədə vəsatət verib. Məhkəmənin qərarına görə həbs qətimkan tədbirinin uzadılması bu işə baxılma qədər uzadılıb. Qeyd edək ki, Natiq Qasımovun barəsində Xəzər Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. Qeyd edək ki, Gürcüstan vətəndaşı Natiq Qasımovun barəsində Almaniya prokurorluğu axtarış elan edib. Onun barəsində qiyabi axtarış elan edib.
-
Rəsmi xronika17:23
Putin İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika16:51
İlham Əliyev fərman imzaladı
-
Magazin116:24
Emin Ağalarovun əkizlərinin gələcək arzusu... - VİDEO
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ
-
Sosial13:48
Xanım jurnalistə vəzifə verildi - FOTO
-
ABŞ12:46
ABŞ-dan Türkiyəyə qarşı təxribat: Görün PKK-ya nə göndərdilər