Dünya
Rəsmi Tehranın Suriya ilə əlaqəsi kəsilib – Mövcud administrasiya ilə...
İran Xarici İşlər Nazirliyi Suriyadakı mövcud administrasiya ilə birbaşa əlaqələrinin olmadığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında bildirib.
Bekayi İranın Suriyaya əvvəlki müdaxiləsinin terrorla mübarizə məqsədi daşıdığını qeyd edib: “Biz keçmişdə bəzi qruplarla əlaqə saxlayırdıq. Lakin bizim Suriyadakı hazırkı administrasiya ilə birbaşa əlaqəmiz yoxdur”.
O, həmçinin Türkiyə ilə Suriya mövzusunda fikir mübadiləsi apardıqlarını deyib: “Bölgədə və Suriyada baş verən proseslərdə iştirak edən hər bir aktor və tərəfin hadisələrlə bağlı özünəməxsus mövqeyi var. Lakin bu mövqelərin hamısı bizim tərəfimizdən qəbul edilməməlidir”.
Bekayi son olaraq Suriyada İran vətəndaşının olmadığını da əlavə edib:
“Suriyadakı qeyri-müəyyənliyə görə vətəndaşlarımızın ora getmələrini tövsiyə etmirik. Diplomatlarımız və hərbi müşavirlərimiz Suriyanı tərk ediblər. Hazırda Suriyada İran vətəndaşı olduğunu zənn etmirəm”.
Roza
-
Dünya06:16Müəllim 12 yaşlı şagirdindən uşaq dünyaya gətirdi
-
Dünya05:45Göyərtəsində 400-ə yaxın insanın olduğu BƏRƏ BATDI
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi
-
Banklar 01:41Banklardan kredit götürənlərin NƏZƏRİNƏ - Yaxın dövrdə nə gözlənilir?
-
MDB00:45Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu iki enerji birlikdə möcüzə yaradır
-
Magazin125 Yanvar 23:36"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
-
Region25 Yanvar 22:48İran alçaq hündürlükdə uçuşlara QADAĞA QOYDU































