Kürdə batan şəxsin axtarışları davam etdirilir - VİDEO
Bizi izləyin

Sosial

Kürdə batan şəxsin axtarışları davam etdirilir - VİDEO

Xəbər verildiyi kimi, 24 dekabr 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının batdığı ehtimal edilən istiqamətlərdə dalğıclar cəlb edilməklə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm