Sosial
Azərbaycanda dövlət qurumlarının 134 əməkdaşı hücuma məruz qalıb
Ötən il Azərbaycanda 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.
Publika.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanı olub.
"Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası qeydiyyata alınıb. Belə ki, il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3 798 olub.
Dövlət Xidməti aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıb, fəsadların aradan qaldırılması üçün lazımi addımlar atıb və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirib", - deyə məlumatda qeyd olunub.
-
Dünya12:50
Netanyahuya qalmaqallı tövsiyə: Türkiyə ilə müharibəyə hazırlaş
-
Sosial12:30
Minlərlə evə bildiriş göndərildi - Bu şəxslərin pensiyası ləğv edilə bilər
-
Nida Xəbər 12:12
İrəvan təsdiqlədi: Yaxın günlərdə Azərbaycanla Ermənistan arasında...
-
İqtisadi gündəm11:36
Xəbərdarlıq edildi: İlin sonuna qədər qızıl bahalaşaraq bu qiymətə olacaq
-
Sosial11:06
Onların kredit borcları silindi - VİDEO
-
Dünya10:18
Dünyanın ən dəhşətli tıxacları olan şəhərlər açıqlandı - Bakı var?
-
Qoroskop09:38
Məşhur astroloqdan 4 bürcə müjdə: bu il milyonçu olacaqlar
-
Dünya09:13
Qorxunc proqnoz: Bu tarixdə ölkədə 14 yaşından kiçik yalnız bir uşaq qalacaq