Sosial
Nura Suri oğlunun təxliyə olunmasından danışdı: "Mesaj yazdım, cavab gəldi ki..."
Xəbər verdiyimiz kimi, müğənni Nura Surinin Los-Ancelesdə yaşayan oğlu Xosrov baş verən yanğına görə təxliyə edilib.
Publika.az xəbər verir ki, Teleqraf.com-a açıqlamasında Nura Suri oğlu Xosrovun ailəsiylə Amerikanın hansı şəhərinə təxliyə edildiyi haqqında hələ xəbərsiz olduğunu bildirib:
“Azərbaycanla Amerika arasında 11 saat fərq var. Bu gün bizim saatla səhər 6-dək bir neçə dəfə oğlumla danışmışam. O, təxliyə ediləcəklərini və bəzi əşyaları topladığını söylədi. Amma çox danışa bilmirdi, çünki orada işıqlar söndürülmüşdü, telefonunda enerji az idi. Sonra oğlumun həyat yoldaşına mesaj yazdım, o mənə dedi ki, yoldayıq. Orada yanğın dayanmadan davam edir. Həm də güclü külək əsir. Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı. İndi bu vəziyyətdə insanlar bilmirəm necə olacaqlar. Bir neçə saat sonra oğlumun ailəsiylə haraya təxliyə edildiyini aydınlaşdırmaq üçün Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğuna müraciət edəcəm".
Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhəri yaxınlığında meşə yanğınları davam edir. Yanğının baş verdiyi ərazidə təxliyə təxminən 180 min nəfərin yaşadığı rayonları əhatə edir.
-
ABŞ19:51
Trampın andiçmə mərasimi başladı - CANLI
-
Hadisə19:48
Bu gecə ilə bağlı XƏBƏRDARLIQ: altı planet...
-
ABŞ19:36
Bayden Ağ Evdə Trampla görüşdü - Video
-
ABŞ19:12
Maskın rəhbərlik etdiyi nazirliyə qarşı iddia qaldırılacaq
-
MDB19:00
Lavrov və Mirzoyan sabah hansı məsələləri müzakirə edəcəklər?
-
Nida Xəbər 17:40
Fərid Səfərli Azərbaycana qaytarıldı - RƏSMİ/YENİLƏNDİ
-
Dünya17:20
Rusiyadan Ankaraya gözlənilməz xəbər: “Yeni Türkiyə” artıq bu ölkədir
-
Dünya17:10
Türkiyə Rusiya qazından imtina edir: bundan sonra...