Sosial
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi - MƏBLƏĞ
Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri - pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Publika.az xəbər verir ki, Modern.az Milli Qəhrəmanların ailələrinə təqaüd təyin edilib-edilmədiyini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, Nazirlik tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmiş Əliyeva Hökumə Cəlil qızının, Kşnyakin İqor İvanoviçin, Kalyaninov Aleksandr Georgiyeviçin ailə üzvlərinə proaktiv qaydada Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.
-
Qoroskop01:00
Günün qoroskopu: enerjinizin dəyişdiyini hiss edəcəksiniz
-
Sosial00:19
Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi - MƏBLƏĞ
-
Hadisə10 Yanvar 23:33
Azərbaycanda 15 yaşlı qız intihar etdi
-
İdman10 Yanvar 22:50
Yusuf Dikeç müsahibə üçün görün nə qədər pul tələb edir
-
Dünya10 Yanvar 22:14
ABŞ Maduronun həbsi üçün mükafat təyin etdi: 25 milyon dollar
-
Hadisə10 Yanvar 21:37
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
-
Ekopublika.az10 Yanvar 20:50
Vahid Ələkbərovun oğlu ABŞ-ın "qara siyahı"sına düşdü
-
Magazin110 Yanvar 20:00
Son günlərdə həbs olunan tiktokerlərin SİYAHISI