İsrail husilərin silah anbarlarına zərbələr endirdi
Bizi izləyin

Dünya

İsrail husilərin silah anbarlarına zərbələr endirdi

İsrail ordusu Yəməndə "Ənsar Allah" hərəkatının husi üsyançılarının istifadə etdiyi silah anbarlarına və tunellərə zərbələr endirib.

Publika.az xəbər verir ki, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, yanvarın 10-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Əl-Hodeyda, Amran və Səna vilayətlərində husilərin hədəflərinə hücum edib. Yəmənin şimal-qərbindəki Amran əyalətinin Harf Süfyan bölgəsində üsyançıların raket və silah anbarları vurulub.

Bildirilib ki, İsrail aviasiyası Sənadakı tunellərə də raket zərbələri endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm