Sosial
Suraxanıda növbəti səyyar görüşlər keçirildi - FOTO
Yanvarın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 89 saylı tam orta məktəbdə Yeni Suraxanı qəsəbəsinin sakinləri ilə görüşüb.
Publika.az xəbər verir ki, əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə təşkil olunmuş görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı Adil Əliyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında inamla və uğurla inkişaf edib, dövlətimizin beynəlxalq nüfuzu artıb, ölkəmizdə sabitlik hökm sürür, xalqımız təhlükəsizlik şəraitində yaşayır.
Azərbaycana qarşı əsassız ittihamların olmasına baxmayaraq, bunların heç biri ölkəmizin gücünü sarsıda bilmədi. Biz, dünya güclərinin istəklərinə rəğmən, ərazi bütövlüyümüzü də, dövlət suverenliyimizi də bərpa etdik. Bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək birliyimizi nümayiş etdirməliyik. Qarşımıza çıxan problemlərin həllinə birgə nail olmalıyıq.
Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək onların həlli istiqamətində RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
-
Magazin111:54
Aktrisa Çimnazın ölümünün təfərrüatı: Bir neçə ay...
-
İdman11:24
Şimali koreyalılar DÇ-1966-da Banişevskini stimullaşdırmaq üçün görün nə təklif ediblər
-
Magazin111:18
Xalq artistinin 5 kiloluq qiymətli aksesuarı səs-küy yaratdı - VİDEO / FOTO
-
Magazin111:04
Ağadadaş Ağayevin mülki iddiasına xitam verildi
-
Nida Təhlil 10:36
Bayden Trampa problem yaratmaq üçün Ermənistanla bu sazişi imzalayıb - DETALLAR
-
Dünya10:24
ABŞ Rusiyaya qəti şəkildə bildirdi: Ukrayna bunu heç vaxt etməyəcək
-
Dünya09:30
21 ildən sonra Türkiyəyə tarixi səfər: Bu gün gəlir
-
Elm və təhsil09:12
69 nəfərin diplomu tanınmadı