Nida Təhlil
Bayden Trampa problem yaratmaq üçün Ermənistanla bu sazişi imzalayıb - DETALLAR
“Bayden administrasiyası son bir neçə həftədir Donald Trampın gələcək prezidentliyi üçün problemlər yaratmağa çalışır”.
Bunu Publika.az-a açıqlamasında britaniyalı politoloq Patrik Volş deyib.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden Tramp üçün maneələrin yaradılmasından başqa heç bir mənası olmayan bir sıra sahələrdə qəsdli şəkildə antaqonist hərəkət edir:
“İsrail, HƏMAS və digər dövlətlər arasında mühüm atəşkəs sazişinin müzakirə edildiyi bir vaxtda Baydenin baş diplomatının İrəvanla saziş imzalaması dəhşətli haldır.

Ona görə ki, Blinken Yaxın Şərqdə minlərlə insanın ölüm-dirim məsələsi ilə müqayisədə İrəvanı bu qədər vacib hesab edir. Bayden administrasiyası son dörd ildə Cənubi Qafqazda sülhə mane olmaqdan başqa bir şey etməyib. Görünür, o, son nəfəsinə qədər antaqonist uğursuzluq rekordunu saxlamaq istəyir”.
Xatırladaq ki, Ermənistan və ABŞ arasında strateji sənəd imzalanıb. Sənəd ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Qrupunun Ermənistan sərhədinə göndərilməsini ehtiva edir. ABŞ-ın dövlət katibi Entoni Blinken komandanın missiyasının Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılması olduğunu bildirib.
Roza Şəfiyeva
-
Magazin100:45Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalan məqamlar üzə çıxa bilər
-
Avropa7 İyul 23:36105 yaşlı qadın uzunömürlülüyün sirrini açdı
-
İdman7 İyul 22:20DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ
-
Magazin17 İyul 22:00Günel Zeynalova küçədə rəqs etdi - VİDEO
-
İdman7 İyul 21:48UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub etdi - YENİLƏNDİ
-
Səhiyyə7 İyul 20:00Fuad Nəbiyev yeni vəzifəyə təyin olundu
-
Sosial7 İyul 18:12Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı - FOTO































.jpg)






