İdman
Dünya çempionatının maskotunu məktəblilər hazırladı: Adı bu yolla seçiləcək
Yaponiya sentyabrın 13-dən 21-dək Tokioda keçiriləcək 2025-ci il Dünya Atletika Çempionatının maskotunu təqdim edib.
Publika.az xəbər verir ki, maskot Tokio ibtidai məktəbinin şagirdləri ilə birlikdə hazırlanıb. O, həm atletika həyəcanını, həm də Yaponiyanın cazibəsini göstərir.
Məktəblilər seminarda iştirak edərək dünyanın hər yerindən insanlara yaxın olan xarakterlə bağlı fikir və təkliflərini bildiriblər. Onlar səsvermənin nəticələrinə əsasən Yaponiyada ən sevimlilərdən biri olan Şiba İnu cinsindən olan iti seçiblər.
“Yaponiyanın ən məşhur və sevimli it cinslərindən biri olan Şiba İnudan ilhamlanan bu enerjili xarakter əsl idman ruhunu təcəssüm etdirir. Çəsarətli, qətiyyətlidir və həmişə öz məqsədlərinə çatmağa çalışır. Kürk kimi isti ürəklə Şiba İnu getdiyi yerdə dostluq edir.
Bu maskot Atletika üzrə dünya çempionatının 34 ildən sonra sevimli məmləkətinə qayıdacağına görə həyəcanlanır”, - deyə mundialın mətbuat xidməti bildirib.
Maskotun adı hələ müəyyən edilməyib. Fevral ayına qədər davam edəcək ümumxalq səsverməsi ilə müəyyənləşəcək. Üç variant təqdim olunur: Soraşiba, Poçiçi və Rikuvan.
Heybət
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
























.jpg)








