Gözəlləşmək üçün salona gedən qadının başına iş gəldi
Bizi izləyin

Sosial

Gözəlləşmək üçün salona gedən qadının başına iş gəldi

Bakıda salona gedən qadının başına iş gəlib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı sakini bu barədə sosial şəbəkədə paylaşım edərək kömək istəyib.

Qadın paylaşımında “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Mone” gözəllik salonundan şikayətçi olduğunu bildirib. Fotodan görünür ki, xanımın alın nahiyəsinə tətbiq edilən lazer aparatı onun saçının ön hissəsini yandırıb.

Şikayətçi xanımın sözlərinə görə, lazeroloq hadisədən sonra bunu adi hal kimi qarşılayıb: “Lazeroloq xanım başımın təpə hissəsindəki saçımı yandırdı və günahkar da məni görüb, “başını tərpətdin” dedi. Halbuki mənə suallar verib söhbət edirdi. Diqqətsiz şəkildə saçımı yandırdı. Mənə deyir ki, “xanım, işdir də olub. Nə siz mübahisə aparın, nə mən mübahisə edim. Onsuz da olan olub”. Məni haqsız görüb, üzr belə istəmədi. Salonun digər işçisi də məni günahkar gördü. “Saçın yanmayıb, heç nə yoxdur”, dedi. Sonra özümü müdafiə edən zaman “Saçına toz səpmisən, o da şüanı çəkir, ona görə yanıb” dedi. Daha sonra isə mənə “siz problemli adamsınız” dedi. Ziyan görən də mən, ittiham olunan da mən...”

Məsələ ilə bağlı “Mone” gözəllik salonu ilə əlaqə saxladıq. Salondan iddialarla bağlı açıqlama vermək istəmədilər.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm