Sosial
Nəzrinin ölümünə səbəb olan həkim saxlanıldı
Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.
Publika.az Report-a istinadla xəbər verir ki, Sənan Mehdiyev Nəsimi Prokurorluğunda davam edən cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.
Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənir.
Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.
-
Magazin104:44
Xatirə İslam qısa ətəkdə: "30 yaş böyüklər göbəyinə..." - FOTO
-
Hadisə03:13
Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR
-
İdman02:42
“Barselona”dan fantastik geridönüş, “Liverpul” isə...
-
Sosial00:45
Aleksandr Kalyaninovun anasından TƏSİRLİ PAYLAŞIM - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yeni fürsətlər ortaya çıxa bilər
-
Hadisə21 Yanvar 23:12
Bakı-Qazax yolunda dəhşətli YANĞIN: 14 ton qida məhsulu KÜLƏ DÖNDÜ - ANBAAN GÖRÜNTÜLƏR
-
MDB21 Yanvar 22:24
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI
-
Region21 Yanvar 22:12
Türkiyədə partiya sədri HƏBS EDİLDİ