Sosial
Gözəllik salonlarında bir sıra prosedurlar qadağan olunur - VİDEO
Gözəllik mərkəzlərində bir çox prosedurlar Səhiyyə Nazirliyi tərəfindən qadağan olunur. Artıq bununla bağlı xəbərdarlıq da edilib.
Publika.az xəbər verir ki, tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla, inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası, o cümlədən lazer üsulu epilyasiya, müalicəvi masaj üsulları və digər prosedurlar qadağan olunur. Bu prosedurların icra olunduğu müəssisələr isə qadağa ilə barışmırlar.
Həkim kosmetoloq Nigar Sultanovanın sözlərinə görə, bu prosedurlardan harada və necə gəldi istifadə onları da narahat edir. Amma bu qadağaların hər kəsə şamil olunması düzgün deyil.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Xəyalə Əliyevanın sözlərinə görə, prosesləri həyata keçirən özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.
Qeyd edək ki, gözəllik mərkəzləri sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq icraata göndərilir.
-
MDB12:18
Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı
-
İdman12:06
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu - EKSKLÜZİV
-
İdman11:12
Lalə Maldivdən elə FOTOLAR paylaşdı ki...
-
Elm və təhsil10:45
Nazir onlara yüksək vəzifə verdi - FOTO
-
Region10:18
Paşinyandan etiraf: Nə qədər müstəqil, təhlükəsiz olacağımız bundan asılıdır
-
MDB10:12
Ukraynada demoqrafik problem: bu türk dövlətlərinin vətəndaşlarını dəvət edəcəklər
-
MDB09:42
Prezident işarə verdi: Satqın ermənini biz öldürmüşük
-
Avropa09:24
Bu Avropa ölkəsində məktəbdə qətliam: 10 nəfər ölüb, 15 nəfər yaralanıb - VİDEO