Sosial
Apteklərlə bağlı yeni qaydalar: bunu etməyənlər 200 manat cərimələnəcək
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışı cərimələnəcək.
Publika.az xəbər verir ki, əgər dərman vasitəsinin Azərbaycan dilində istifadə təlimatı qablaşdırmanın içərisində və ya yanında olmazsa və istehlakçının tələbi əsasında aptek tərəfindən çap edilərək təqdim edilməzsə, həmin aptekə cərimə tətbiq olunacaq. Bu halda aptek təşkilatları 50 manat məbləğində cərimə ediləcək.
Reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə isə 200 manat məbləğində cərimə edilir.
Yeni qaydalar istehlakçı hüquqlarını qorumaq və vətəndaşların dərmanlardan düzgün istifadə etməsini təmin etmək məqsədi daşıyır.
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi




















.png)















