Sosial
İsraildə Azərbaycan rejissorunun yeni filmləri təqdim olundu - FOTO
İsraildə Azərbaycan rejissoru Rüfət Əsədovun iki yeni ekran əsərinin – “Sevgimizin yolları” və “Mənim dostum Meir” filmlərinin təqdimatı olub.
Publika.az xəbər verir ki, “Sevgimizin yolları” filminin ilk təqdimatı sözügedən ölkənin Afula şəhərində baş tutub.
Təqdimat mərasimi Diasporla İş üzrə Dövlət Komitəsinin və Afula şəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilib.
Azərbaycanəsilli aşkenazi yəhudisi və müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edən ekran əsərində, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdır.
Həmin filmin növbəti təqdimatı aprel ayının 2-də Qüdsdə “Yerusəlim şəhər kitabxanası” və “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının” dəstəyi ilə keçirilib.
Aprel ayının 3-ündə isə İsrailin Kiryat-Byalik şəhər Bələdiyyəsinin və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Rüfət Əsədovun “Mənim dostum Meir” filminin təqdimatı olub. Filmdə ölkəmizdə yaşayan dağ yəhudilərinin doğulub boya-başa çatdıqları Azərbaycana sonsuz məhəbbətləri, Vətənə bağlılıqları tərənnüm olunur. Həmçinin, ekran əsərində dağ yəhudilərinin Azərbaycanda qorunub saxlanılan adət-ənənələrindən və milli-mənəvi dəyərlərindən bəhs edilir.
Azərbaycanın İsmayıllı rayonunun Mücü-Həftoran kəndində yaşayan Meir Manaşirov haqqındadır.
Təqadimatın sonunda rejissora “Dağ yəhudiləri mədəni və tarixi irsinin qorunması” Mədəniyyət Mərkəzinin və Kiryat-Byalik şəhər Bələdiyyəsinin rəsmi minnətdarlıq məktubu təqdim olunub.
-
Nida Xəbər 13:21Bəşəriyyət bu dəfə dəqiq üçüncü dünya müharibəsinə yaxındır - "The Guardian"
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin212:54Məşhur aktyor 4-cü dəfə ata oldu - FOTO
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi
-
Gözəllik08:24Bu ilin "Dünya gözəli" o oldu
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı


































.png)




