Sosial
“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək
“Azərsun Holdinq”in baş sponsorluğu ilə Bakıda, 2-4 May tarixlərində Nine Senses Fest 2025 – İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalı təşkil olunacaq.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, Nine Senses Art Center-in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə baş tutacaq.
Bu ilki festival "Ənənədən Gerçəyə" şüarı ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.
Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.
Festivalın missiyası - İnsanın ruhani və fiziki potensialının harmonik inkişafını təşviq etmək, qədim və müasir biliklər arasında körpü yaratmaq. Festivalın əsas məqsədi isə fərqli mədəni bilikləri yerli ənənələrlə birləşdirərək, müəllimlər arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Eyni zamanda festival çərçivəsində, “Made in Azerbaijan” adı altında məhsulların təqdim olunacağı yarmarka təşkil olunacaq.
Festivalda iştirak üçün biletlər artıq satışdadır.
Biletləri əldə etmək və festivalla bağlı geniş məlumat almaq üçün bu keçiddən istifadə edə bilərsiniz.
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü






.jpg)






.jpg)























