Sosial
Velosiped və skuter sürücülərinə müraciət
Son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir.
Publika.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin motosiklet, velosiped və skuter sürücülərinə müraciətində bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır:
- Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşama şansı ikiqat artır.
- Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.
- İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək edir.
- Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadə etməyin. Telefonla danışmaq, musiqiyə aludə olmaq və digər məşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir, reaksiyanı ləngidir və qəza ehtimalını artırır.
Unutmayın, bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara əməl etməklə – siz həm öz həyatınızı, həm də başqalarının təhlükəsizliyini qorumuş olursunuz.
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19 Sentyabr 19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
































.jpg)



