Sosial
Belə maşınlarla yola çıxmayın - Sürücülərə xəbərdarlıq

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.
Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə çağırışında qeyd edilib.
Bildirilib ki, təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur.
"Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir. Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir",- deyə əlavə edilib.

-
Nida Xəbər 12:30
Əli Əsədov qərar imzaladı
-
Sosial12:20
Bu şəxslər təhsillərini bitirən zaman 2600 manat müavinət alacaqlar - QƏRAR
-
İdman11:50
Bütün dünya Bakıdakı bu pişikdən danışır - FOTOLAR
-
Region11:37
Paşinyanın partiyasında “gecə araşdırması” - Anonim məktubu yazan tapıldı
-
ABŞ10:00
ABŞ Əfqanıstana qayıdır: Görün Tramp nə tələb etdi
-
Hadisə09:36
Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü - FOTO
-
ABŞ08:48
Tramp bu gün Cinpinlə "TikTok"un taleyini HƏLL EDƏCƏK
-
İdman06:46
Lunyev yenə hoqqa çıxardı: Hara qaçırsan?