Tibb kollecinin tələbələrinə milli ideyanın yeni hədəflərindən danışılıb
Bizi izləyin

Sosial

Tibb kollecinin tələbələrinə milli ideyanın yeni hədəflərindən danışılıb

“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda layihə çərçivəsində növbəti tədbir keçirilib.

24 sentyabr 2025-ci il tarixində Bakının Yasamal rayonunda yerləşən 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbə və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə kollecin Həmkarlar Təşkilatının cədri Zəminə Kazımova başda olmaqla çoxsayda müəllim heyəti və müxtəlif fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Eyni zamanda tədbirdə kollecin tələbəsi, 44 günlük Vətən müharibəsinin tam iştirakçısı olmuş və dövlət tərəfindən mukafatlandırılmış Xalid Məmmədov da içtirak edib.

Öncə Azərbaycanın Dövlət himni səsləndirilmiş, vətən müharibəsində həlak olmuş şəhidlər anılıb.

Tədbiri giriş sözü ilə kollecin Həmkarlar Təşkilatının sədri Zıminə Kazımova mövzunun əhəmiyyətindən danışaraq tədbirin Prezident İlham Əliyevin 2025-ci ili “Konstitutsiya və suverenlik ili” elan etdiyi bir dövrdə keçirilməsini xüsusi vurğulayıb. Sonra o, məruzəçi professor Rəna Mirzəzadəni təqdim edərək, sözü ona verib.

Məruzəçi professor Rəna Mirzəzadə “Müasir dövr, milli ideya, yeni hədəfləri” mövzusu ilə çıxış edib. Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Yekunda Zəminə Kazımova rəhbərlik adından maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün kollecin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm